Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Abış
Namiq Mailov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Ailəli idi, iki oğlan övladı var.
2011-ci ildə könüllü olaraq Füzuli rayonuna tank taboruna göndərilib. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. 27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi. Sentyabrın 27-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yaran Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kənd irələdikdən sonra gedən şiddətli döyüşlərdə canına bərabər tutduğu tankı ilə birlikdə qəhramancasına şəhid olur. Namiq Mailov oktyabrın 1-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Ailəsinə bağlı, dostluqda sadiq biri idi. Mehriban, gülərüz olsada, işdə çox ciddi olurdu. Sözü və əməli eyni idi. Qanunu sevən, qoyulan qanunlara ciddi şəkildə riayət edən biri idi. Bacardığı qədər hər kəsə kömək etməyə çalışardı. Vətəni sevgisi çox böyük idi.
Ata: Abış Mailov Əzizxan oğlu Ana: Rahilə Mailova Millət qızı Qardaş: Rahib Mailov Abış oğlu Qardaş: Azər Mailov Abış oğlu Bacı: Lamiyə Xankişiyeva Abış qızı Həyat yoldaşı: Arzu Mikayılova Vahid qızı Oğlu: Cəsur Mailli Namiq oğlu Oğlu: Cahid Mailov Namiq oğlu