Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Dünyamalı
Nurlan Malikov 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbin on birinci sinfini bitirib.
2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.
Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak edib. Nurlan Malikovun üzvü olduğu dəstə Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücuma məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olmuş, Nurlan isə itkin düşmüşdür. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılmışdır. Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Öncəqala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Nurlan Dünyamalı oğlu MalikovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Müəllimi: Nurlan çox vətənpərvər idi. İki il ona hərbi hazırlıq dərsi keçmişəm. Yoldaşları ilə çox mehriban idi. İdmanı sevirdi. Hazırlıqda birinci şagird idi.
Əmisi: Nə vaxt nə deyərdim Nurlana əmi baş üstə deyərdi. Nurlan aprel döyüşlərindədə çox fəal iştirak etdi. Pilotsuz uçuş aparatını məhv etmişdi və fəxri fərman almışdı.
Ata: Malikov Dünyamalı Elbəyi oğlu Ana: Malikova Ruqiyyə İsi qızı Qardaş: Malikov Kərim Dünyamalı oğlu