Mamedov İlahəddin Dilamuddinoviç
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mamedov İlahəddin Dilamuddinoviç

Ata adı: Dilamuddinoviç

🐣
Doğum — Xaçmaz Nabran kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Xaçmaz Nabran kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Kəlbəcər ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İlahəddin Mamedov 2 iyul 2001-ci ildə Xaçmazda anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan İlahəddin Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
2020-ci ildə oktyabr ayının 12-si Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İlahəddin Mamedov ölümündən sonra  “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”,  “Füzulinin azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə ” və “Şücaətə görə” medalları və “Azərbaycan bayrağı"  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvlərinin və yaxınlarının bildirdiyinə gör İlahəddin uşaq yaşlarından vətənə və dövlətinə bağlı bir uşaq olub. İlahəddinin digər iki qardaşı da hərbçidir. Dostlarının bildirdiyinə görə, İlahəddin çox tərbiyəli və mərd uşaq olub. İlahəddin həmişə arzulayırdıki torpağlarımızın işğaldan azad olunmasında onunda iştirakı olsun. Döyüş yoldaşlarının bildirdiyinə görə torpaqlarımızın işğaldan azad olunmasında xüsusi şücayət göstərib və ən uca zirvə olan şəhidlik zirvəsinə ucalıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz rayonu, Nabran kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Dilamuddin Mikayiloviç Ana: Məmmədova Gülarə Hacıəhməd qızı Qardaş: Məmmədov Mirzəhməd Diləmuddin oğlu Qardaş: Məmmədov Ağabala Diləmuddinoviç Bacı: Umudova Şaniyət Diləmuddin qızı Bacı: Məmmədova Faina Diləmuddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər