Manafov Cavid Faiq
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Manafov Cavid Faiq

Ata adı: Faiq

🐣
Doğum — Bakı Nizami rayonu
🕊️
Şəhadət — Zəngilan
📍
Dəfn Olunduğu Yer Bakı Keşlə şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Zəngilan ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavid Manafov 4 fevral 1999-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olub.

O, 15.09.2005-31.05.2016-ci ilədək Heydər Əliyev adına liseydə təhsil alıb, 15.09.2016-ci ildən-31.05.2020 ci ildək Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində təhsil alıb.

8 iyul 2020-ci ildə hərbi xidmətə yollanıb.

Müharibə başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.

31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb.

7 noyabr 2020-ci il tarixində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Cavid Manafov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarıı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cavid Manafov  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Döyüşdə çox cəsur olub. Cavid zarafatcıl və çox savadlı uşaq idi. Dəfələrlə oxuduğu lisey və universitetdə fərqlənir, seçilirdi. Hər kəsin sevimlisi olan Cavid həmçinin şeirlər də yazırdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına lisey
Ali Təhsil Bakı Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: İbrahimova Natavan Şükür qızı Qardaş: Manafov Cahad Faiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər