Manafov Zahir Zakir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Manafov Zahir Zakir

Ata adı: Zakir

🐣
Doğum — Şamaxı Şəhriyar qəsəbəsi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Şamaxı Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zahir Manafov 1993-cü il dekabrın 12-də Rusiya Federasiaysının Moskva şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Zahir Manafov 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Zahir Manafov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Manafov oktyabrın 9-da Suqovuşan  istiqamətində şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zahir Manafov ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması uğrunda” və “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Dostları ilə mehriban gülərüz və ünsiyyətcil insan idi. Birlikdə şəhid olduğu və dostu olan Tərlan Amanəliyevlə səfərbərlik xidməti ilə çağırılarkən könüllü olaraq döyüşə yollanmışdırlar. Dostunu xilas edərkən hər ikisi şəhid olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayonu, Şəhriyar qəsəbəsi Anar Babaşov adına tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Manafov Zakir İsmayıl oğlu Ana: Manafova Tatyana Sergey qızı Həyat yoldaşı: Manafova Şahnaz Səməndər qızı Oğlu: Manafov Zakir Zahir oğlu Qızı: Manafova Gülsim Zahir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər