Mayakov Artur Vladimiroviç
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Mayakov Artur Vladimiroviç

Ata adı: Vladimiroviç

🐣
Doğum — Rusiya Federasiyası Vladivostok şəhəri
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə İmamzadə kompleksi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mayakov Artur Vladimiroviç 2007-ci il yanvarın 9-da Rusiya Federasiyasının Vladivostok şəhərində doğulmuşdur.  Atası Quliyev Ramil Əli oğlu olub.

16 avqust 2016-cı ildə Gəncə şəhərinə, atasının yaxın qohumlarının yanına köçmüşdür. 15 sentyabr 2016-cı ildə Gəncə şəhər 29 saylı tam orta məktəbə daxil olmuş, təhsilini burada davam etdirmişdir. Ən böyük arzusu Xüsusi Təyyinatlı Qüvvələrdə xidmət etmək olmuşdur.

Gəncə sakini Mayakov Artur 2020-ci ildə oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində ağır xəsaət alaraq koma vəziyyətinə düşmüş, həkimlərin səyinə baxmayaraq, 2020-ci il 24 oktyabr tarixində vəfat etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Mayakov  Artur Vladimiroviçə şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, gülərüz, şən uşaq idi. Gəzməyi çox sevərdi. Dostları tərəfindən çox sevilirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 29 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Quliyev Ramil Əli oğlu Ana: Mayakova Anna Vladimirovna

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər