Mayıllı Mahmud Əflatun
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mayıllı Mahmud Əflatun

Ata adı: Əflatun

🐣
Doğum — Yardımlı Avaş kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Yardımlı Avaş kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mahmud Mayıllı 2002-ci il 12 iyul tarixində Yardımlı rayonunun Avaş kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Mahmud Mayıllı Bakıda hərbi xidmətdə olmuş, oradan könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə yollanmışdır. 2020-ci ilin 12 oktyabr tarixində sonuncu dəfə ailəsi ilə əlaqə saxlamış, 29 noyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olduğu xəbəri gəlmiş və 30 noyabr tarixində doğulduğu kənddə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıllı Mahmud Əflatun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Mayıllı Mahmud Əflatun oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Oğlum uşaqlıqdan “Qarabağı biz azad edəcəyik” deməsi gələcəyi üçün nişanə idi. Ad günündə Tovuz hadisələri zamanı iki həmyaşıdlısının şəhid olduğunu eşidib, təhsilini dayandırmaq qərarına gəldi və hərbi komissarlığa yollandı. Mənlə həmsöhbəti zamanı qeyd etdiki biz bu müharibənin qalibi olacağıq!. Hələ hərbi xidmətə təzə başlayarkən ön kəşfiyyata qoşulmaq istəmişdi. Döyüş tapşırığlarını layiqincə yerinə yetirdiyi üçün komandir heyəti tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür. Oğlumla sonuncu dəfə telefon vasitəsiylə oktyabrın 12-si saat 17:30 da əlaqə saxlaya bildik. Mən oğlum Mahmudla və bütün şəhidlərimizlə fəxr edirəm.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Avaş kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mayılov Əflatun Adixan oğlu Ana: İmanova Şəmsiyyə Siyabxan qızı Qardaş: Mayılov Həbib Əflatun oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər