Mayılov Bəxtiyar İxtiyar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mayılov Bəxtiyar İxtiyar

Ata adı: İxtiyar

🐣
Doğum — Sabirabad Surra kəndi
🕊️
Şəhadət — Qubadlı Muradxanlı kəndi
📍
Dəfn Olunduğu Yer Sabirabad Surra kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bəxtiyar Mayılov 13.04.1995-ci ildə Sabirabad rayonu Surra kəndində anadan olmuşdur.Orta təhsilini Sabirabad rayon Şəfi Babayev adına Surra kənd  tam orta məktəbində almışdır. Orta təhsillidir.
2013-cü ilin aprelində Sabirabad rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgərliyi Ağdam rayon Quzanlı kəndindəki “N” saylı hərbi hissədə başa vurmuşdur. 2014-cü ilin oktyabrında hərbi hissədən təxris olandan sonra Bakıda və digər rayonlarda tikinti işlərində fəaliyyət göstərirdi. Ali Baş Komandanın 27 sentyabr 2020-ci il tarixli əmri Bəxtiyarın  həyat yolunda qəhrəmanlıq mərhələsinin başlanğıcı oldu. Könüllü olaraq ordu sıralarına yazılan Bəxtiyar  2020-ci 29 sentyabrda Sabirabad rayon Hərbi Komisarlığından Ağcabədi rayon istiqamətində cəbhəyə yollanır.Bəxtiyarın sonrakı döyüş yolu Füzuli və Zəngilan rayonlarından keçir, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edərək döyüşlərdə xüsusi cəsarət və igidlik göstərir.Oktyabr ayının 20-də Qubadlı rayonunun Muradxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxan bir qrup hərbi qulluqçu erməni hərbi dəstələri tərəfindən güclü atəşə məruz qalır. Erməni hərbiçilərinin əlində olan Muradxanlı yüksəkliyi vacib mövqe idi və komandanlıqdan verilən xüsusi tapşırığa əsasən Bəxtiyar da olmaqla bir dəstə zabit və əsgər həmin yüksəkliyi düşməndən geri almaq üçün piyada yola davam edir. Səngərin yaxınlığında ermənilərin qurduğu pusquya düşərək qeyri-bərabər döyüşə girməli olan döyüşçülərimiz son gülləyə qədər vuruşaraq düşməni geri oturda və yüksəkliyi ala bilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bəxtiyar Mayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ata anasının qayğısına qalan, vətənini, torpağını sevən cəsur döyüşçü olub. 27 sentyabr 2020-ci il tarixli Ali Baş Komandanın əmrini eşidən kimi Bakı şəhərindən kəndə dönüb Hərbi komissarlıqdan qeydiyyatdan keçərək, 29 sentyabrda cəbhə zonasına yola düşüb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabirabad rayonu, Surra kənd tam orta məktəbi
İş Yeri Bakı şəhərində tikinti sahəsində
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mayılov İxtiyar Böyükağa oğlu Ana: Mayılova Mərziyyə Əlisahib qızı Bacı: Mayılova Aysel İxtiyar qızı Qardaş: Mayılov İmran İxtiyar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər