Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Şahid
Emil Mayılov 23 fevral 1987-ci ildə Ağdaş rayonunda anadan olub. Milli Təhlükəsizlik Akademiyasında təhsil alıb. Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib.
Dövlət Sərhəd Xidmətinin mayoru olan Emil Mayılov Emil Mayılov 2021-ci il noyabrın 30-da “Mi-17” helikoterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Emil Mayılov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, ailəcanlı, yardımsevər, intizamlı, mehriban insan olduğu bildirilir.
Ata: Mayılov Şahid Allahverdi oğlu Ana: Əhmədova Sevda Vahid qızı Qardaş: Mayılov Nurlan Şahid oğlu Qardaş: Mayılov Murad Şahid oğlu Həyat yoldaşı: Mayılova Həddiqə Alı qızı Qızı: Mayılzadə Sevda Emil qızı Oğlu: Mayılzadə Ömər Emil oğlu