Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Bəhram
Rüfət Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuşdur. Subay idi.
Rüfət Mayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmət etdiyi hərbi hissədə idman sahəsində dərəcələri yüksək olmuş, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rüfət Mayılov Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Göyçay rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Mayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Mayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rüfət Mayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rüfət Mayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvlərinin bildirir ki, ağır təbiəli gənc idi. Uşaqlarla birlikdə kənarda sakitcə həmişə gəzirdi. Məktəbə vaxtından tez gedərdi, çox məsuliyyətli idi, görüş vaxtına əvvəldən gedib gözləyirdi ki birdən gecikər. Həmişə sürətli qaçmağı vardı. Əlindən hər iş gəlirdi, çox bacarıqlı idi. Əkdiyi limon ağacları, alça ağacları hələdə bitir, meyvə gətirir, bəhrəlidir.
Ata: Mayılov Bəhram Aynalı oğlu Ana: Mayılova Lamiyə Əli qızı Qardaş: Mayılov Rəvan Bəhram oğlu Bacı: Mayılova Nəzrin Bəhram qızı