Mecdunov Xalid Zahir
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Mecdunov Xalid Zahir

Ata adı: Zahir

🐣
Doğum — Qobustan Poladlı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Qobustan Poladlı kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi.
Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, istiqanlı, gülərüz ailəcanlı idi. Xalid yaxşı futbol oynayırdı. Daha çox hücumda oynayırdı. Məgər onun əsl azərkeşliyi də peşəkarlığı da gizlində imiş. Ürəyində ən əziz yerdə qərar tutan duyğular, vətənlə, torpaqlarımızla, Qarabağlı olub. N saylı hərbi hissədə qulluq edib, vətənə çox bağlı gənclərdən biri kimi və artıq peşəkarlığı ilə seçilən hərbiçilərdən idi. Vətənə olan sevgisi canından çox idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb M. Kərimov adına Poladlı kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mecdunov Zahir Yusif oğlu Ana: Mecdunova Xalidə Ömərxan qızı Qardaş: Mecdunov Məlik Zahid oğlu Qardaş: Mecdunov Məcnun Zahir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər