Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Bayram
Müşfiq Mecidov 1997-ci il martın 8-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-2014-cü illərdə T.Kərimov adına 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb.
Subay idi.
Müşfiq Mecidov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə baş kəşfiyyatçı kimi iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Mecidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Müşfiq Mecidov oktyabrın 8-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq Mecidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Müşfiq Mecidov ölümündən sonra "Suqovuşanın aza olunması uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Müşfiq Mecidov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Müşfiq MecidovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox səxavətli, ailəcanlı, zəhmətkeş və ailənin bütün öhdəçiliyini üzərinə götürən bir gənc olmuşdur.
Ata: Mecidov Bayram Babası oğlu Ana: Mecidova Rəsmiyyə İsbat oğlu Qardaş: Mecidov Şaiq Bayram oğlu Bacı: Mecidova Gültəkin Bayram qızı