Mehdiyev Əhliman Rəhman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mehdiyev Əhliman Rəhman

Ata adı: Rəhman

🐣
Doğum — İmişli Məzrəli kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ yüksəkliyi
📍
Dəfn Olunduğu Yer İmişli Məzrəli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əhliman Mehdiyev 17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində Rəhman Mehdiyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.
Əhliman Mehdiyev 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Koroğlu yüksəkliyi və Ömər aşırımı istiqamətində gedən döyüşlərdə 2 dəfə yaralansa da, döyüş gedən ərazini tərk etməmiş və döyüşlərdə vuruşaraq fərqlənmişdir. Əhliman Mehdiyev  Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "III dərəcli Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Atası: Əhliman vətənpərvər, tərbiyəli, böyük-kiçik yeri bilən, vətənə, torpağa bağlı mərd övlad idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İmişli rayonu Məzrəli kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mehdiyev Rəhman Əhliman oğlu Ana: Mehdiyeva Mənsurə Zülfəli qızı Bacı: Mehdiyeva Əzizgül Rəhman qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər