Mehdiyev İsmayıl David
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mehdiyev İsmayıl David

Ata adı: David

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İsmayıl Mehdiyev 23 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən idi. Orta məktəbdə bir müddət təhsil aldıqdan sonra 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. İsmayıl Mehdiyev 2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alırdı.
İsmayıl Mehdiyev kursant olduğu halda 2020-ci ilin mayından ərizə yazaraq təhsilini müvəqqəti dayandırıb cəbhə bölgəsində xidmət etməyə başlamışdı.

Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İsmayıl Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. 12 dekabr 2020-ci ildə nəşi tapılmış və İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "III dərəcəli Vətənə xidmətə görə " ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Gözəl insan istiqanlı və qohum canlı idi. Gənc olmağına baxmayaraq ətrafının və dostlarının hörmətini qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb H.Əliyev adına hərbi lisey
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Mircəfərova Natəvan Seyidəli qızı Qardaş: Timurçin Yorğançı Fikri oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər