Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Alim
Yasən Mehdiyev 2001-ci ilin iyul ayının 5-də Tərtər şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Yasən Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 24-də Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yasən Mehdiyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Yasən Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ata və anasının dediyinə görə, mehriban, gülərüz, xoş rəftar, sakit, tərbiyyəli, bacarıqlı idi.
Ata: Mehdiyev Alim Yusif oğlu Ana: Aslanova Vəfa Suca qızı Qardaş: Mehdiyev Yamən Alim oğlu Qardaş: Mehdiyev Murad Alim oğlu