Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Zakir
Zahir Mehdiyev 1984-cü il aprelin 27-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. 1990-2001-ci illərdə Kürdəmir rayon Qarabucaq kənd tam orta məktəbində təhsil alıb.
Zakir Mehdiyev 2002-2004-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Zakir Mehdiyev 2010-cu ildən eyni hərbi birləşmədə "gizir" rütbəsində xidmət edirdi. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
Azərbaycan Ordusunun giziri olan Zahir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Mehdiyev noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Dekabrın 4-də nəşi Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Mehdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Mehdiyev ölümündən sonra III dərəcəli "Vətənə xidmətlərə görə" medalı ilə təltif edildi.
Anası Mehdiyeva Sürəyya: Zahir ilk övladım, ilk sevincim idi. Ondan sonra bir qızım da oldu. Hər ikisi evimizin nuru, bərəkəti idilər. Əsgərliyini Goranboyda çəkmişdi. Orada ağır, kişi xarakterli, möhkəm olmuşdu. Əsgərlikdən qayıdandan sonra ev-eşiyin bütün qayğılarını öz üzərinə götürdü. Atası rəhmətə gedəndə 25 yaşı vardı Zahirin. Gənc yaşında ailənin bütün yükünü çiynində daşıdı. Arxam, dayağım oldu. Nə qazansaydı evə verərdi. Uşaqlıqdan hərbiyə marağı vardı, ona görə də gizirlik kursunu oxudu. Zahir Aprel döyüşlərində də iştirak etmişdi, medal, tərifnamə, mükafat almışdı. 2020-ci ilin sentyabrın 30-da evə gəldi. Ailəsini mənə əmanət edib, Ağcabədiyə yola düşdü. Son dəfə onu yola saldıq. Getdi Şəhid oldu balam. Mən böyütdüm, tərbiyə verdim, Xalqın, Millətin, Vətənin layiqli oğlu oldu Balam.
Həyat yoldaşı Mehdiyeva Suranə: Zahirlə 2012-ci ilin oktyabrında evləndik. 2 övladımız oldu. O, məni başa düşən, arzu istəklərimi nəzərə alan, diqqətli, qayğıkeş həyat yoldaşı idi. Bütün problemlərimizi bacardığı qədər həll edirdi. Yeganə çətinliyimiz onun həmişə bizdən uzaqda olması idi. Əlindən hər iş gəlirdi. Gələndə öyrəşirdik, gedəndə dalınca ağlayırdıq. O, uşaqlarına çox düşgün idi, onları hədsiz sevirdi, adlarını da özü qoymuşdu. Zahir son gedişi gözümün qabağından getmir. Küçədən tini burulub gedəndə dönüb baxdı, əl edib getdi. O anı unuda bilmirəm. Yuxumda da olsa hər gün Zahiri görmək istəyirəm. Son mənzilə yola salanda onun əziyyətini çəkmək istədim. Cənazəsinə girdim. Çiynimdəki yük ağır deyildi, ürəyimdəki yük ağır idi...
Ata: Mehdiyev Zakir Qurbanəli oğlu Ana: Mehdiyeva Sürəyya Şıxalı qızı Həyat yoldaşı: Mehdiyeva Suranə Oruc qızı Qızı: Mehdiyeva Aysun Zahir qızı Oğlu: Mehdiyev Samir Zahir oğlu Bacısı: Mehdiyeva Çinarə Zakir qızı