Mehdiyev Zöhrab İlham
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mehdiyev Zöhrab İlham

Ata adı: İlham

🐣
Doğum — Zaqatala Aşağı Çardaxlar kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Zaqatala Aşağı Çardaxlar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Zöhrab Mehdiyev 1998-ci il martın 30-da Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub. 2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Zöhrab Mehdiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Zöhrab Mehdiyev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zöhrab Mehdiyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zöhrab Mehdiyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Həm yaxşı insan, həm də yaxşı övlad idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Zaqatala rayonu Aşağı Çardaxlar kənd orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mehdiyev İlham Şaban oğlu Ana: Mehdiyeva Mesed Yaqub qızı Bacı: Mehdiyeva Zöhrə İlham qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər