Mehdizadə Mərdan Əhməd
Baş miçman
🇦🇿 Azərbaycan Şəhidi

Mehdizadə Mərdan Əhməd

Ata adı: Əhməd

🐣
Doğum — Şəki Göybulaq kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Şəki Göybulaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş miçman
Qoşun Növü Hərbi Dəniz Qüvvələri
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki rayonu 11 saylı orta məktəb
İş Yeri Hərbi Dəniz Qüvvələri
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Mehdizadə Leyla İslam qızı Oğlu: Mehdizadə Əkrəm Mərdan oğlu Qızı: Mehdizadə Əfşan Mərdan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər