Məhərrəmov Fərid Asif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məhərrəmov Fərid Asif

Ata adı: Asif

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Tərtər Talışkənd
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhər qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

  Məhərrəmov Fərid Asif оğlu 8 fevral 2002-ci ildə Bakı şəhərində anadan оlub. Əslən Zəngilan rayonu Cahangirbəyli kəndindən olan Fərid Məhərrəmov ilk təhsilini 2009-cu ildə Xocəvəd rayon tam оrta ümumtəhsil məktəbində alıb. Təhsilini 2019-cu ildə Kəlbəcər rayon 17 saylı məktəbində bitirib. Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub. Bu idman növündə bir neçə fəxri adlar alıb. Gürcüstan respublikasında keçirilən yarışlarda 1-ci yerə layiq görülüb.
2020-ci ilin may ayında Bərdə rayonuna həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Goranboy, Tərtər və Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib.
Məhərrəmov Fərid Asif оğlu 07 oktyabr 2020-ci il tarixdə Ağdərə və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Subay idi. Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məhərrəmov Fərid Asif оğlu  ölümündən sonra, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məhərrəmov Fərid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim xarakterli, çalışqan, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kəlbəcər rayonu 17 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məhərrəmov Asif Cəlal oğlu Ana: Əliyeva Nəzakət Ənvər qızı Qardaş: Məhərrəmov Cəlal Asif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər