Məhərrəmov Fuad İmaməddin
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Məhərrəmov Fuad İmaməddin

Ata adı: İmaməddin

🐣
Doğum — Goranboy Zeyvə kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Goranboy Zeyvə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fuad Məhərrəmov 5 aprel 1994-ci ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuşdur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olmuşdur.
Fuad Məhərrəmov ali hərbi təhsil aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır.

Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fuad Məhərrəmov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fuad Məhərrəmov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Dostcanlı, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Goranboy rayonu, Seymur Məmmədov adına Zeyvə kənd tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məhərrəmov İmaməddin Baxşəli oğlu Ana: Məhərrəmova İbadə Müqayis qızı Bacı: Məhərrəmova Billurə İmaməddin qızı Bacı: Məhərrəmova Tahirə İmaməddin qızı Bacı: Məhərrəmova Nazilə İmaməddin qızı Bacı: Məhərrəmova Əfsanə İmaməddin qızı Bacı: Məhərrəmova Salatın İmaməddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər