Məhərrəmov Niyaməddin Əmiraslan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məhərrəmov Niyaməddin Əmiraslan

Ata adı: Əmiraslan

🐣
Doğum — Beyləqan Eyvazalılar kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Beyləqan Eyvazalılar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Niyaməddin Məhərrəmov 11 yanvar 1986-cı ildə Beyləqan rayonunun Eyvazalılar kəndində Əmiraslan Məhərrəmovun və Nəzakət Məhərrəmovanın ailəsində anadan olmuşdur. 1992-2003-cü illərdə orta təhsil almışdır. Ailəli idi, Ayan və Ayxan adlı övladları yadigar qaldı.
Niyaməddin Məhərrəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Niyaməddin Məhərrəmov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Niyaməddin Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Niyaməddin Məhərrəmov 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Beyləqan rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Niyaməddin Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidin atası Əmiraslan Məhərrəmov: Niyaməddin döyüşə getməzdən əvvəl gecə yatmayıb, Qarabağla bağlı mahnılar oxuyub. "Sonuncu dəfə Azərbaycan marşını oxuyurdu. Səhər sənədlərini topladı, birlikdə hərbi komissarlığa getdik. Oradan ön cəbhəyə yola düşdü. Dedi ki, narahat olmayaq, salamat qayıdacam. Sonra isə dedi ki, bu, müharibədir, gələ də bilər, gəlməyə də..." .
Şəhidin anası Nəzakət Məhərrəmova: "Çox vətənpərvər oğul idi. Həyat yoldaşına deyib ki, Vətən mənə övladlarımdan da şirindir. Biz anamızı, bacımızı, Vətənimizi qorumuruqsa, bu torpaqda biz niyə gəzirik?! Şükür gözümün biri ağlayırsa, biri də gülür. O biri övladlarım da Vətən yolunda döyüşə hazırdır. Özüm də qadın olduğuma baxmayaraq, Vətən uğrunda döyüşərəm. Allah bütün şəhidlərə rəhmət eləsin, hamısı mənim balamdır"

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayon, F.Quliyev adına Eyvazalılar kənd tam orta mətəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məhərrəmov Əmiraslan Həsən oğlu Ana: Məhərrəmova Nəzakət Dadış qızı Həyat yoldaşı: Məhərrəmova Elşanə Musa qızı Qızı: Məhərrəmli Ayan Niyaməddin qızı Oğlu: Məhərrəmli Ayxan Niyaməddin oğlu Qardaş: Məhərrəmov Elməddin Əmiraslan oğlu Qardaş: Məhərrəmov Kəramət Əmiraslan oğlu Qardaş: Məhhərmov Fəxrəddin Əmiraslan oğlu Bacı: Məhərrəmova Süsən Əmiraslan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər