Məhərrəmov Turan Tərlan
MAHHXHQ
🇦🇿 Azərbaycan Şəhidi

Məhərrəmov Turan Tərlan

Ata adı: Tərlan

🐣
Doğum — Zaqatala Qımır kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Zaqatala Qımır kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məhərrəmov Turan Tərlan oğlu 27 may 2001-ci ildə Zaqatala rayonu, Qımır kəndində anadan olmuşdur. Orta təhsilini Zaqatala rayonu Qımır kənd orta məktəbində almışdır. 

Vətən Müharibəsində iştirak edən Turan Məhərrəmov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Məhərrəmov Turan Tərlan oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci il tarixində şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məhərrəmov Turan Tərlan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   3-cü dərəcəli “Rəşadət”  ordeni ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, vətənpərvər, ailəsinə bağlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qımır kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məhərrəmov Tərlan Muxtar oğlu Ana: Məhərrəmova Ənisət Daşdəmir qızı Bacı: Ziyəddinova Təranə Tərlan qızı Bacı: Ləzgiyeva Türkanə Tərlan qızı Bacı: Cumayeva Rəşidə Tərlan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər