Mehtili Eşqin Tərlan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mehtili Eşqin Tərlan

Ata adı: Tərlan

🐣
Doğum — Beyləqan Əlinəzərli kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Beyləqan Əlinəzərli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Eşqin Mehtili 2001-ci il oktyabrın 20-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2008-2019-cu illərdə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə keçirilən bilik yarışmasında Beyləqan rayonu üzrə "İlin ən yaxşı şagirdi" adına layiq görülmüş, xüsusi diplom və mükafatlarla təltif olunmuşdur. Kiçik yaşlarından atasını itirdiyi üçün həyata erkən atılmaq məcburiyyətində qalmışdı. Subay idi.
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2020-ci ilin yanvar ayından isə, xidmətini Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində snayper kimi davam etdirmişdir. Xidmət etdiyi dövrdə o, yuxarı komandanlığın və şəxsi heyətin arasında xüsusi hörmət qazanmış, döyüş-hazırlıq təlimlərini dərindən öyrənərək, verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmişdır. Zaman keçdikcə Eşqin Mehtili peşəkar snayper kimi formalaşmışdır. Belə ki, o, hələ təlim atışlarında bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən ən yaxşı atıcı- kəskin nişançı kimi fəxri fərmanla təltif edilmiş və xüsusi təşəkkür almışdır. Bununla yanaşı, dağçılıq və üzgüçülük təlimlərində də fəal iştirak etmiş, həmin kursları da uğurla başa vurmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Eşqin Mehtili 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ, Cəbrayıl və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə olub. Rayonun Merdinli, Şükürbəyli, Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı, Zərgər, Qaraxanbəyli və digər kəndlərin işğaldan azad olunmasında onun da özünəməxsus şəkildə rolu və xüsusi xidmətləri olmuşdur. Eşqinin son döyüşü isə, 14 oktyabr 2020-ci il tarixdə olmuşdur. Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Mehtili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Mehtili ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Mehtili ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Eşqin Mehtili ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Eşqin Mehtili ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Eşqin Mehtili ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Eşqin Mehtili ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, etibarlı, özgüvənli, mərd, qorxmaz olduğu deyilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Əlinəzərli kəndi tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mehtiyev Tərlan Yavər oğlu Qardaş: Yavərli İlkan Tərlan oğlu Qardaş: Yavərli Emin Tərlan oğlu Qardaş: Mehtili Yavər Tərlan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər