Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Raqif
Sətdar Raqif oğlu Mehdiyev 1993-cü il avqustun 18-də Hacıqabul şəhərində dünyaya gəlmiş, şəhər 4 saylı şəhid Natiq Ağayev adına orta məktəbi bitirib. 2011-2013-cü illərdə Goranboy rayonu ərazisində həqiqi hərbi xidmətdə olduqdan sonra Tərtər rayonunda kəşfiyyat taborunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu olan Sətdar Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı 29-da Murovdağ zirvəsinin alınması ilə nəticələnən döyüşdə rəşadət göstərmişdir. 2020-ci ilin oktyabrın 3-də Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sətdar Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sətdar Mehdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sətdar Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sətdar Mehdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sətdar Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Valideynlərinə qarşı qayğıkeş övlad, idmanla məğul olan gənc, dininə və millətinə bağlı cəsur insan olub.
Ata: Mehtiyev Raqif Raqil oğlu Ana: Mehtiyeva Səidə Arif qızı