Mehtiyev Taleh Musa
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Mehtiyev Taleh Musa

Ata adı: Musa

🐣
Doğum — Bakı Sabunçu qəsəbəsi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı Ramana Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mehtiyev Taleh Musa oğlu 28.10.2001-ci ildə Bakıda Sabunçu qəsəbəsində anadan olub. 25.05.2020-ci ildə hərbi xidmətə çağırılıb. Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində döyüşüb. 7 oktyabr 2020-ci ildə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Taleh Mehtiyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” "Vətən uğrunda" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Taleh Mehtiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, dostcanlı, xeyirxah insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabunçu qəsəbəsi 170 saylı məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mehdiyev Musa İsmayıl oğlu Ana: Mehdiyeva Gülər Bahadur qızı Qardaş: Mehdiyev Bahadur Musa oğlu Qardaş: Mehdiyev İsmayıl Musa oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər