Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İlham
Elvin Məlikov 20 mart 2001-ci ildə Bakı şəhərində doğulub.i
İlk təhsilini Bakı şəhərində - Xətai rayon 24 saylı tam orta məktəbdə alıb. Dərslərinə diqqətlə yanaşan Elvin savadlı olmağı ilə seçilib. Zəhmətkeş və ailəsinə bağlılığı onu yaşıdlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri olub. Elvin 15-16 yaşlarında həm dərslərini oxuyur, universitetə hazırlaşır, həm də işləyərək ailəsinə dəstək olurdu.
Gürcüstanda Beynəlxalq münasibətlər ixtisasında təhsil alsa da, atasının qəfil vəfatından sonra universiteti tərk edib və 19.10.2019-cu ildə hərbi xidmətə yollanıb. XTQ-də xidmət edən Elvin snayperdə yaxşı atıcılıq qabiliyyəti ilə seçilib. Xidmətinə Ağcabədidə başlayan qəhrəmanımız Vətən müharibəsi zamanı ön cəbhədə vuruşub. Füzulinin azad olunması istiqamətində aparılan əməliyyatlarda iştirak edib. 5 gün yatmadan Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Elvin Qaraxanbəyli kəndində gedən döyüşlər zamanı 03.10.2020-ci ildə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Azərbaycan Prezidenti - Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elvin Məlikov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Anası: Namuslu, qeyrətli, zəhmətkeş, vətənini çox sevirdi.
Ata: Məlikov İlham Ağaqulu oğlu Ana: Məlikova İlhamə Rövşən qızı Bacı: Məlikova Pakizə İlham qızı Bacı: Məlikova Nigar İlham qızı