Məlikov Mahmud Təhmasib
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Məlikov Mahmud Təhmasib

Ata adı: Təhmasib

🐣
Doğum — Neftçala Xolqaraqaşlı kəndi
🕊️
Şəhadət — Füzuli Qaraxanbəyli kəndi
📍
Dəfn Olunduğu Yer Neftçala Xolqaraqaşlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məlikov Mahmud Təhmasib oğlu 1994-cü il aprelin 3-ü Neftçala rayon Xol Qaraqaşlı kəndində anadan olmuşdur. Mahmud ailənin yeganə oğul övladı olmuşdur. Ailənin yeganə oğul övladı olan Mahmud subay idi və valideynləri ilə yaşayırdı.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Baş leytenant, bölük komandiri olmuşdur. Mahmud hər zaman deyərdi ki, "məndə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmaq istəyirəm". Bu arzusuna çatan qəhrəman döyüşçümüz ucaldığı şəhidlik zirvəsiylə adını Azərbaycan tarixinə əbədi yazdırıb.

Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb. Sonuncu dəfə ailəsi ilə oktyabr ayının 11-i əlaqə saxlayıb, hər şeyin yaxşı olacağını deyib. Döyüş zamanı bir çox qəhrəmanlıq göstərmiş və 29 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulub boya-başa çatdığı Neftçala rayonunda son mənzilə yola salınıb.

Mahmud Məlikov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim xasiyyətli, vətənpərvər, mərhəmətli insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayonu, Xolqaraqaşlı kəndi Q. Nurəliyev adına tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məlikov Təhmasib Əşrəf oğlu Ana: Məlikova Şölə Mirağa qızı Bacı: Məlikova Arzu Təhmasib qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər