Məlikov Rauf Mahir
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məlikov Rauf Mahir

Ata adı: Mahir

🐣
Doğum — Ağsu
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Ağsu Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rauf Məlikov 14 dekabr 1988-ci ildə Ağsu rayonunda anadan olmuşdur. Vətənə əmanət 5 yaşında bir qızı Zəhra var idi. Digər qızı Gülcan da, şəhid olduqdan 27 gün sonra dünyaya göz açdı.
 Rauf Məlikov döyüşlər başlayanda, sentyabrın 28-də Vətən uğrunda gedən döyüşlər zamanı Talış yüksəkliyində qəhrəmancasına şəhid olub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məlikov "Vətən uğrunda" medalı ilə təltif edildi.

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Məlikov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rauf Məlikov, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rauf Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəsini, millətini, dövlətini sevən biri olub..

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağsu şəhəri 3 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məlikov Mahir Azay oğlu Ana: Məlikova Narınc Balaqardaş qızı Qardaş: Məlikov Rəsul Mahir oğlu Qardaş: Məlikov Rəfael Mahir oğlu Həyat yoldaşı: Məlikova Ramilə Sahib qızı Qızı: Məlikzadə Zəhra Rauf qızı Qızı: Məlikzadə Gülcan Rauf qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər