Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Bəxtiyar
Vüsal Məlikov 2000-ci il yanvarın 1-də Lerik rayonunun Almu kəndində anadan olub.
Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Birinci kursda ikən bilik və bacarıqlarının artırılması məqsədilə Rusiya Federiyasına aparılmışdır. Dördüncü kursda oxuyarkən Vətən müharibəsi başlamış və bu döyüşlərdə uğurla iştirak etmişdir. Müharibə başa çatdıqdan sonra Türkiyə Respublikasında komando təlimlərinə cəlb olunmuşdur.
Vətən müharibəsidə iştirakına görə “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi kimi iştirak edən Vüsal Məlikov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Məlikov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Məlikov Bəxtiyar Fərhad oğlu Ana: Məlikova Yeganə Bilal qızı Qardaş: Məlikov Əziz Bəxtiyar oğlu Qardaş: Məlikov Rafiq Bəxtiyar oğlu