Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nadir
Fərhad Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Şıx Salahlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2004-2014-cü illərdə almışdır. Cüdo, güləş, qaydasız döyüş kimi idman növləri ilə məşğul olmuş, bir çox yarışmalarda qalib olmuşdur.
Fərhad Məlikzadə 2015-ci ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətə yollanmışdır. 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmiş, kurslardan keçdikdən sonra kəşfiyyatçı kimi fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Fərhad Məlikzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli döyüşlərində düşmən hücumunun qarşısını alarkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Bir neçə günlük müalicədən sonra yenidən döyüş meydanına qayıtmışdır. Fərhad Məlikzadə 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 12 noyabr tarixində torpağa tapşırılmışdır. Fərhad Məlikzadə bir müddət itkin olaraq axtarılan, sonra isə torpağa tapşırılan şəhid Anar Nurullayevin dostu idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərhad cüdo, güləş,qaydasız döyüş idman növləri kimi idman yarışlarında iştirak edib və böyük qələbələr qazanıb. Vətənini, torpağını sevmək onun iliyində olub. Vətən torpağına,onun təbiətinə, ana kürə vurğun kəsilib. Şuşa istiqamətində gedən döyüşlərdə, düşmənlə əlbəyaxa igidliklə vuruşub.
Ata: Məlikov Nadir Fərhad oğlu Ana: Məlikova Yeganə Əliağa qızı Qardaş: Məlikov Nurlan Nadir oğlu Bacı: Məlikzadə Nuranə Nadir qızı