Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ağaverdi
Sahil Məmişli 1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmişli noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. O, 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sahil Məmişli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Düzgünlüyü sevən, hər işi dəqiq yerinə yetirən biri idi. Hər zaman ədalətli olmağa çalışırdı. Anasının dediklərinə görə, anasına daha çox bağlı olub və hər sirrini anası ilə bölüşürmüş. Bacıları evdə olmayanda ev işlərində anasına kömək edirmiş. Oxuduğu məktəbdə ədəb-ərkanına görə hər kəsdən fərqlənər və bütün müəllimlər tərəfindən sevilərdi. Dost-tanışları arasında çox böyük hörmət qazanmışdı.
Ata: Ağaverdi Qarayev Məmiş oğlu Ana: Firayə Abdullayeva Abdulla qızı Qardaş: Qasım Qarayev Ağaverdi oğlu Bacı: Könül Qarayeva Ağaverdi qızı Bacı: Leyla Qarayeva Ağaverdi qızı Bacı: Təranə Qarayeva Ağaverdi qızı Bacı: Günay Qarayeva Ağaverdi qızı Həyat yoldaşı: Səfurə Abbaszadə Mirzə qızı Oğlu: Xəzər Məmişli Sahil oğlu Qızı: Günəş Məmişli Sahil qızı