Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vaqif
Məmişov İlqar Vaqif oğlu 07 fevral 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, 37 saylı tam orta məktəbdə aldıqdan sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olmuşdur.
Vətən Müharibəsində iştirak edən İlqar Məmişov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif edilmişdir.
Azərbaycan Daxili Qoşunlarının hərbi qulluqçusu olan İlqar Məmişov Vətən müharibəsindən qayıtdıqdan sonra müalicə almış və 04 fevral 2022-ci il tarixdə vəfat etmişdir.
44 günlük Vətən müharibəsində iştirak edib. Hadrut. Cəbrayıl, Fizuli, Xocavəndin azad olunmasına görə layigincə iştirak edib. Hadrut uğrunda gedən döyüşlər zamanı yaralanıb, ağır xəsarət alaraq qazı kimi geri dönmüşdür. 1 ildən sonra vəfat edib. Vəfat etdikdən sonra şəhidlik statusu veilmişdir. Müharibə zamanı yüksək peşəkərlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmişdir.
Ata: Məmişov Vaqif Bayram oğlu Ana: Məmişova Əsli Gəncəli qızı Həyat yoldaşı: Məmişova Aysel Vidadi qızı Oğlu: Məmişli Murad İlqar oğlu