Məmişov Qədir Zülfəli
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmişov Qədir Zülfəli

Ata adı: Zülfəli

🐣
Doğum — Saatlı Mircəlal kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Saatlı Mircəlal kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qədir Məmişov 5 iyul 1989-cu ildə Saatlı rayonunun Mircəlal kəndində Zülfəli Məmişovun ailəsində anadan olmuşdur. 1995-2006-cı illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. İkinci övladı dəfnindən 11 gün sonra dünyaya gəlmişdir.
Qədir Məmişov 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2009-cu ildə hərbi xidmətdən təxris olmuşdur.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Qədir Məmişov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Qədir Məmişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qədir Məmişov 2 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ertəsi gün Saatlı rayonunun Mircəlal kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Qədir Məmişov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Zəhmətkeş bir ailədə göz açıb, iki qardaş və bir bacı olublar. Çox ciddi və ailəsinə bağlı, eyni zamanda fiziki cəhətdən sağlam bir insan olub, həddindən çox vətənpərvər olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu, Tofiq İsmayılov adına Mircəlal kənd tam orta məktəbi
İş Yeri Maşın ustası
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Məmişova Nəzakət Məlik qızı Bacı: Şahbazova Təbəssüm Zülfəli qızı Qardaş: Məmişov Səccat Zülfəli oğlu Həyat yoldaşı: Məmişova Nahidə Azər qızı Oğlu: Məmişov Oruc Qədir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər