Məmiyev Elmir Zamin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmiyev Elmir Zamin

Ata adı: Zamin

🐣
Doğum — Yardımlı Kürəkçi kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Yardımlı Kürəkçi kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmiyev Elmir 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə cağrılmışdır.Vətən Müharibəsində iştirak etmiş və 2 oktyabr 2020-ci ildə Ağdamda şəhid olmuşdur. 3 oktyabrda Yardımlı rayon Kürəkçi kəndində dəfn olunmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı” ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmiyev 2020-ci il oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam döyüşlərində vuruşaraq şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmiyev Elmir Zamin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Məmiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmir MəmiyevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Elmir sadəliyi, səmimiliyi ilə istər ailədə istərsədə ətrafda xüsusi sayılıb seçilirdi. Çox ünsiyyətcil biri idi. Ailəsinə qarşı həddindən çox qayğıyla yanaşırdı. Xasiyyətcə isə mülayim idi. Öz istəyi ilə hərbiyə yollanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yardımlı rayonu, Kürəkçi kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmiyev Zamin Məmi oğlu Ana: Salmanova Leyla Həşim qızı Qardaş: Məmiyev Cabir Zamin oğlu Qardaş: Məmiyev Samir Zamin oğlu Qardaş: Məmiyev Elçin Zamin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər