namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Samir
Məmmədəliyev Niyazi Samir oğlu 2002-ci il iyun ayının 7-də Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. Niyazi Məmmədəliyev orta təhsilini Gedəzeyxur kənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Niyazi Məmmədəliyev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Niyazi Məmmədəliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Niyazi Məmmədəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, qorxmaz insan idi.
Ata: Məmmədəliyev Samir Məmmədəli oğlu Ana: Məmmədəliyeva Adilə Abuzakir qızı Qardaş: Məmmədəliyev Şadman Samir oğlu Bacı: Məmmədəliyeva Amina Samir qızı