Məmmədhəsənov Qasim Bilal
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədhəsənov Qasim Bilal

Ata adı: Bilal

🐣
Doğum — Rusiya Federasiyası Moskva şəhəri
🕊️
Şəhadət — Xocalı Daşkənd kəndi
📍
Dəfn Olunduğu Yer Sabirabad Qaraqaşlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocalı ⚔️ Xankəndi

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məmmədhəsənov Qasim Bilal oğlu 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuşdur. 2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilmişdir. 2003- cü ildə Sabirabad rayonunun Qaraqaşlı kəndinə ailəsi ilə birlikdə qayıtmışdır. 2007- ci ildə Qaraqaşlı kənd orta məktəbində 1- ci sinifə getmişdir. 2018- ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib, elə həmin ili 467 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat  fakültəsinə daxil olmuşdur. 2022- ci ildə universitetdən məzun olmuşdur.

2022- ci ilin iyulun 6-sı həqiqi hərbi xidmətə yollanmışdır. Əvvəlcə Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra isə Şuşa şəhəri N saylı hərbi hissədə xidmət etmişdir. Xidmət müddətində bir neçə dəfə Laçın istiqamətində gedən lokal döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmət etdiyi müddət ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2023- cü il 19–20 sentyabrda baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş,  Xankəndi şəhərinin "Xaç Postu" deyilən yüksəkliyi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur.

Məmmədhəsənov Qasim Bilal oğlu 21 sentyabr 2023- cü ildə yaşadığı Qaraqaşlı kəndində dəfn edilmişdir. Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğma kəndində abidə kompleksi inşa edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsarətli, mehriban insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabirabad rayon, Qaraqaşlı kənd orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədhəsənov Bilal Fətəli oğlu Ana: Məmmədhəsənova Ruhiyyə Kərəm qızı Bacı: Məmmədhəsənli Ülkər Bilal qızı Qardaş: Məmmədhəsənli Xaliq Bilal oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər