Surələrin fəziləti | Ali-İmran surəsi #8
Cavab gəlmir
Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Ata adı: Valeh
Cavidan Məmmədli 20 sentyabr 1997-ci ildə İmişli şəhərində anadan olmuşdur. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Cavidan Məmmədli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi 13 fevral 2021-ci ildə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavidan Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hər kəsə hörmətlə yanaşan, hər kəsin hörmətini qazanmış, mehriban, səmimi, ailəcanlı, dostcanlı oğlan idi.
Ata: Məmmədov Valeh Ağan oğlu Ana: Hüseynova Çibnaz Nağı qızı Qardaş: Məmmədli Babək Valeh oğlu Qardaş: Məmmədzadə Dəniz Eldəniz oğlu Bacıs: Məmmədova Aydan Valeh qızı