Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ələddin
Məmmədli Elməddin 26 aprel 1995-ci ildə Lənkəranda dünyaya göz açıb. Göyşaban kənd tam orta məktəbini 2012-ci ildə bitirib, həmçinin mədrəsədə ilahiyyat üzrə təhsil alıb. Ağır atletika idman növü ilə məşğul olub. Milli Ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirib qayıtdıqdan sonra xırda ticarətlə məşğul olub, müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək edib. 2018-ci ildə Dövlət Dəniz Administrasiyasının növbə motorçusu təhsilini alıb. Vətən müharibəsi başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb. Elməddin Məmmədlinin döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib. 24 oktyabr 2020-ci ildə cəsur döyüşçümüz Qubadlıda döyüş tapşırığını yerinə yetirərkən düşmənin endirdiyi minomyot zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elməddin Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səbirli, mülayim və düzgünlüyü sevən insan idi.
Ata: Məmmədov Ələddin Kamal oğlu Ana: Məmmədova Məlahət Mutəlic qızı Qardaş: Məmmədli Əkbər Ələddin oğlu Qardaş: Məmmədli Zülfü Ələddin oğlu