Məmmədli Elxan Ələkbər
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədli Elxan Ələkbər

Ata adı: Ələkbər

🐣
Doğum — İsmayıllı Zoğallıq kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer İsmayıllı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elxan Məmmədli Ələkbər oğlu 1997-ci il oktyabrın 13-də İsmayıllı rayonu Zoğallıq kəndində dünyaya göz açmışdır. Təhsilini 2004-cü ildə Suraxanı rayonu Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbində təhsilinə başlamış,2015-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. Məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə daxil olub, 2019-cu ildə oranı bitirərək məzun olmuşdur.Subay idi.
Elxan Məmmədli 2019-cu ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən Elxan Məmmədli ordudan tərxis olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində"Ehtiyat zabit hazırlığı"kursu keçib. Kursu müvəffəqiyyətlə başa vuraraq leytenanthərbi rütbəsini alıb. O, Azərbaycan Respublikası Müdafiə Nazirliynin Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Xocalı, Şuşa, Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Daha sonra, 15 may 2023-cü ildən 29 iyul 2023-cü ilə kimi "Komonda" Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul "Komando başlanğıc kursu"-nu müvəffəqiyyətlə başa vurub,"Komando" Dağ Təlimi Mərkəzinin komandalığı tərəfindən sertifikata layiq görülüb. Elxan Məmmədli Komando əməliyyat qrupunda "Kəşfiyyat komandiri" vəzifəsində xidmət göstərib.
Leytenant Elxan Məmmədli 2023-cü il sentyabrn 19 da Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri olaraq döyüşə qatılıb, öndə gedərək torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib . Həmin gün sentyabrn 19-da Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Elxan Məmmədli 21 sentyabr, 2023-cü ildə İsmayıllı rayonu, Zağallıq kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə Azərbaycan Prezidentiİlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Elxan Məmmədli ölümündən sonra "Vətənə xidmətə görə" 3-cü dərəcəli orden ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur , vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Suraxanı rayon 278 saylı tam orta məktəb
Ali Təhsil Bakı Biznes Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Məmmədov Ələkbər Telman oğlu Ana: Məmmədova Zümrüd Sahir qızı Bacı: Məmmədova Günay Ələkbər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər