Məmmədli İmran Cahangir
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədli İmran Cahangir

Ata adı: Cahangir

🐣
Doğum — Beyləqan Birinci Şahsevən kəndi
🕊️
Şəhadət — Füzuli Kürdlər kəndi
📍
Dəfn Olunduğu Yer Beyləqan Birinci Şahsevən kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İmran Məmmədli 1985-ci il avqustun 9-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Ailəli idi. Dörd övladı yadigar qaldı.
Azərbaycan Ordusunun çavuşu olan İmran Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmran Məmmədli oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İmran Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İmran Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İmran Məmmədli ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Qardaşı Rəşad İmranın, nə qədər cəsur, igid, vətənpərvər olduğundan danışdı. Rəşad qardaşı İmranın igidiliyi ilə fəxr eddiyini bildirsədə, qardaş həsrətin, itgisinin onuncun nə qədər ağır olduğunu sözlə ifadə edə bilməyəcəyini bildirdi. Onu da qeyd etdi ki, qardaşım İmranın nəşi tapılanda silahının son gülləsinə qədər igidcəsinə döyüşdüyü məlum oldu.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayonu, G. Əsədov adına 1 saylı Birinci Şahsevən kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məmmədov Cahangir İmran oğlu Ana: Məmmədova Narxanım Xanış qızı Həyat yoldaşı: Məmmədli Ayşən Əyyub qızı Oğlu: Məmmədli Röyal İmran oğlu Qızı: Məmmədli Röya İmran qızı Oğlu: Məmmədli Vüsal İmran oğlu Qızı: Məmmədli Gülsüm İmran qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər