Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Vəfadar
Kənan Məmmədli 30.05.2002-ci il tarixdə Qax rayonu, Tasmalı kəndində anadan olub.
Əsgər Kənan Məmmədli Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-unda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Kənan Məmmədli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və ”Vətən uğrunda" medalalrı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kənan Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənini sevən, ailəsinə bağlı, gülərüz, xeyirxah, mərd, cəsur, qorxmaz insan idi.
Ata: Məmmədli Vəfadar Kəmali oğlu Ana: Məmmədova Səmayə Muxtar qızı Qardaş: Məmmədli Əmrah Vəfadar oğlu Qardaş : Məmmədli Emin Vəfadar oğlu