Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Teymurşah
Məmmədli Murad Teymurşah oğlu 27 yanvar 1996-cı ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Murad Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Vətən müharibəsi başlayan ilk günlərdən könüllü olaraq ön cəbhəyə yollanmışdır. Döyüş yolu Füzuli-Qubadlı istiqamətində olmuşdur. Şuşa döyüşlərində şəhid olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli qərarı ilə Məmmədli Murad Teymurşah oğlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məmmədli Murad 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Gülərüz, mehriban, hər kəsə hörmət bəsləyən ,qonaqpərvər, vətənpərvər gənc idi.
Qeyd: anası Məmmədova Əfruzə: hərgün əlaqə saxlayırdıq, hər dəfə də yaxşı olduğunu deyirdi. Murad deyirdi ki, “qismət, bir canım var,harda qırıldı, qırıldı”.
Ana: Məmmədova Əfruzə Cəmaləddin qızı Bacı: Borcəliyeva Aysel Teymurşah qızı Bacı: İsmayılova Leyla Teymurşah qızı Bacı: Gündüzova Şahnaz Teymurşah qızı