Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ağəməmməd
Məmmədli Namiq Ağəmməd oğlu 02 may 1996-cı ildə Bərdə rayonu, Təhlə kəndində anadan olmuşdur. Orta təhsilini Bərdə rayonu Təhlə kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına daxil olmuş və ali təhsil almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Məmmədli Namiq Ağəmməd oğlu Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 13 sentyabr 2022-ci il tarixində şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədli Namiq Ağəmməd oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Gülərüz, şən birisi idi. Uşaqlığından hərbiçi olmaq istəyirdi.
Ata: Məmmədov Ağaməmməd Süleyman oğlu Ana: Məmmədova Fatma Böyükkişi qızı Qardaş: Məmmədli Natiq Ağaməmməd oğlu