Məmmədli Pərviz Həsən
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədli Pərviz Həsən

Ata adı: Həsən

🐣
Doğum — Neftçala
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Neftçala Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Şuşa ⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Pərviz Məmmədli 30 mart 1996-cı ildə Neftçala rayonunda anadan olmuşdur.  2002-ci ildə Neftçala rayonu E. Həbibov adına 4 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 5-ci sinfi Neftçala rayon Humanitar Təmayüllü Muğan Liseyində, 6–8-ci sinfləri isə Bakı şəhərində yerləşən Respublika Olimpiya İdman Liseyində, təhsilini boks uzrə davam etdirmişdir. Orda da bir neçə nailiyyətlər qazanmışdır. 2019-cu ildə ailə həyatı qurmuşdur, və bu evlilikdən Miray (d. 14 fevral 2020-ci il) adlı övladı dünyaya gəlmişdir.
2014-cü ilin aprel ayında Neftçala rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Pərviz ilk xidmətini Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi N saylı hərbi hissədə xidmətə başlayır. Xidməti dövrundə hərbi hissədə rabitə bölüyündə baş rabitəçi xidmətini davam etdirir. Bir müddət sonra Qusar rayonu 651 saylı hərbi hissəyə ezam olunur və xidmətini orda davam etdirir. Bir il xidmət etdikdən sonra Pərviz komandirləri tərəfindən yüksək qiymətləndirilir və Xüsusi Təyinatlı Qüvvələrin kursuna yollayırlar. 400 nəfərin iştirak etdiyi 180 günlük kursda Pərviz daxil olmaqla 16 nəfər kursu müvəffəqiyyətlə başa vurur. Türkiyə Özəl Qüvvələri Komandirliyi tərfindən alqışlanır və xüsusi hədiyyə verilir.

Pərviz Xüsusi Təyinatlıların kursunu bitirdikdən sonra yeni işinə Cəlilabad rayonunda N saylı hərbi hissədə başlayır. 2016-ci ilin Aprel döyüşlərində Pərviz iştirak edir. Və snayperlə sol bud nahiyyəsindən vurularaq ağır yaralanır. Bir müddət Gəncə Hospitalında yatır və 2 dəfə əməliyyat olunur. 2020-ci il ancaq təlimlərdə olur. Dağçılıq, amfibiya (dənizçilik) təlimlərində də nailiyyətlər əldə etmişdi.

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Pərviz 26 sentyabr XTQ birlikdə müharibəyə yollanır. Füzuli, Cəbrayıl, Hadrut, Laçın, Xankəndi və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Məmmədli Pərviz Həsən oğlu 24 oktyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə snayperlə vurularaq şəhid olmuşdur. O doğma Neftçala rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  əsasən Pərviz Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  əsasən Pərviz Məmmədli ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Pərviz Məmmədli sirr saxlamağı bacaran şəxs idi. Həqiqətən də yaxşı sirdaş idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Humanitar Təmayüllü Muğan Liseyi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məmmədov Həsən Səməndər oğlu Ana: Ələkbərova Təranə Nadir qızı Həyat yoldaşı: Məmmədli Pərvanə Tərlan qızı Qızı: Məmmədli Miray Pərviz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər