Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Səlim
Sənan Məmmədli 1997-ci il sentyabr ayının 14-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Sənan Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Məmmədli oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" , “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Anasının dediyinə görə mehriba, gülərüz, valideyinlərinin qayğısına qalan, vətənpərvər, qayğıkeş, sözünə düz, yoldaşları arasında hörmət qazanan bir gənc idi.
Ata: Məmmədov Səlim Əli oğlu Ana: Məmmədova Rəsmiyyə Sədaqət qızı Bacı: Məmmədli Fitat Səlim qızı Qardaş: Məmmədli Əsgər Səlim oğlu