Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Raqif
Turan Məmmədli 1993-cü il dekabrın 7-də Ağstafa rayonunun Göycəli kəndində anadan olub. 2000–2011-ci illərdə N. Həmzəyev adına Göycəli kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.
Turan Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Turan Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "gizir" hərbi rütbəsi altında xidmətini davam etdirirdi.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Turan Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turan Məmmədli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Göycəli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Turan Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Turan Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Turan Məmmədli ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Mülayim xasiyyətli, cəsur, mərd, vətənpərvər insan idi.
Ata: Məmmədov Raqif İbrahim oğlu Ana: Məmmədova Ulduzə Kavı qızı Qardaş: Məmmədli Gəray Raqif oğlu Qardaş: Məmmədli Rüfət Raqif oğlu Həyat yoldaşı: Məmmədli Nərmin Natiq qızı