Məmmədov Abit Asif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Məmmədov Abit Asif

Ata adı: Asif

🐣
Doğum — Oğuz Dəymədərə kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Oğuz Dəymədərə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abit Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. 2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır. Ailəli idi, Əli adlı övladı yadigar qaldı. Abit Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abit Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abit Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Abit Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abit Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abit Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Abit Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Abit Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Abit hər zaman səmimi, mehriban, gülərüzlü, böyüklə böyük, kiçiklə kiçik kimi davranardı. Ətrafında olan hər kəs haqqında gözəl danışardı. Sözləri, davranışı ilə heç kəsi incitməzdi. Hər zaman xatirələrimizdə gülər üzü ilə qalacaqdır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu, E.Haşımov adına Dəymədərə kənd orta məktəbi
İş Yeri Oğuz “CPC” MMC
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məmmədov Asif Kamal oğlu Ana: Məmmədova Rübabə Şakir qızı Həyat yoldaşı: Məmmədova Səma Hüsü qızı Oğlu: Məmmədli Əli Abit oğlu Bacı: Abdullayeva Aygün Asif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər