Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nüsrət
Altun Məmmədov 1999-cu il avqustun 21-də Gəncə şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Altun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Altun Məmmədov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Altun Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Dərslərini yaxşı oxuyub, dəcəl idi, ancaq çox mərd, ürəkli,ədalətli idi. Nərminə müəllimənin dediyi sözlər: tarix dərsinin xronoloji cədvəlini sevə-sevə öyrənən uşaq özü canı ilə, qanı ilə tarix yazacaq. Tarixə çox marağı olub, şəhidlik zirvəsinə ucaldı, özü tarix yazdı.
Ata: Məmmədov Nüsrət Mehdi oğlu Ana: Məmmədova Kəmalə Cəmil qızı Qardaş: Məmmədov Səbuhi Nüsrət oğlu Bacı: Məmmədova Səbinə Nüsrət qızı