📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Müqabil
Amid Məmmədov 1987-ci il aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.
Amid Məmmədov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Amid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Məmmədov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Amid Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Amid Məmmədov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Ailəsinə bağlı, həyat eşqi çox böyük, hamının sevgisini qazanan, ağıllı, tərbiyəli, ailəsini sevən insan idi.
Ata: Məmmədov Müqabil Fərman oğlu Ana: Məmmədova Esmira Kamal qızı Bacı: Məmmədova Nuranə Müqabil qızı Həyat yoldaşı: Məmmədova Abuhəyat Kamil qızı Qızı: Məmmədli Nisə Amid qızı Qızı: Məmmədli Esmira Amid qızı