Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Qəhrəman
Azər Məmmədov 16 iyul 1997-ci ildə Naxçıvan şəhərinin Tumbul kəndində dünyaya göz açmışdır. 2003-cü ildə Tumbul kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2014-cü ildə təhsilini başa vurub. Ailədə 3 qardaş 1 bacı olmaqla 4 uşaq olublar. Evin kiçik uşağı Azər olub.
2015- ci ildə həqiqi hərbi xidmətə gedib.2017-ci ilin sonunda xidmətini başa vurub. 2020-ci ilin iyulunda könüllü olaraq ordu sıralarına qoşulmaq qərarına gəlmişdi. Xüsusi təyinatlı Qüvvələrin 3 aylıq kursunu bitirdikdən sonra MAHHXHQ kimi xidmət etməyə başlamışdır. II Qarabağ müharibəsinə könüllü olaraq yollanıb.Son dəfə Şuşa azad olan gün Şuşadan anasına zəng edən Araz ertəsi gün qəhrəmancasına şəhid olub. günlərlə Arazdan xəbər ala bilməyən ailə noyabrn 18-də hərbi komissarlıqdan aldığı cavabla Arazın şəhid olduğu xəbəri öyrənirlər. Noyabrın 19-da şəhidin nəşi Tumbul kənd məzarlğında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Araz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsarətli, igid insan idi.
Ata: Məmmədov Qəhrəman